Bankomatların sayı artırılır

"AtaBank" ASC filial şəbəkəsi ilə yanaşı bankomat şəbəkəsinin də genişləndirilməsinə xüsusi diqqət yetirir. Bankdan  "OLAYLAR"-a verilən məlumata görə, yeni ünvanda müştərilərin rahatlığı üçün bankomatlar yerləşdirib. Bankomatların biri Mingəçevir şəhərində, digəri isə Bakı şəhəri Səngəçal qəsəbəsində "AAC" zavodunda quraşdırılaraq müştərilərin ixtiyarına verilib. Məlumata görə, hazırda bankın fəaliyyət göstərən ATM-lərinin sayı 77 ədəd təşkil edir. Onlardan 3-cü səyyar bankomatlar olan "AtaMatik" Şəmkir, Qazax, Tovuz və Gədəbəy rayonlarının ucqar kəndlərində müştərilərin xidmətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31