ETSN və FAO arasında ətraf mühit məsələləri müzakirə edilib
25 Yanvar 2023 14:23 İqtisadiyyatBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə icraçı nümayəndəsi və Mərkəzi Asiya üzrə subregional koordinatoru Viorel Gutunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, görüş zamanı ETSN və FAO arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər müzakirə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31