Finlandiya səfiri ilə ETSN-də görüş olub
25 Yanvar 2023 14:32 İqtisadiyyatFinlandiya Respublikasının ölkəmizdəki səfiri xanım Kirsti Narinen ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, görüş zamanı Azərbaycan və Finlandiya arasında ətraf mühitin mühafizəsi, su resurslarının səmərəli idarə olunması ilə bağlı fikir mübadiləsi aparılıb, iki ölkə arasında gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31