Pensiya məbləğlərində yeni artımlar 15.0 faizə yaxın olacaq

Ötən ilin ilk 11 ayında Azərbaycanda orta aylıq əmək haqqı 14,6 faiz artıb. Bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb. "Olaylar"ın məlumatına görə, millət vəkili Vüqar Bayramov bildirib ki, 10 aylıq yekunda bu göstərici 14.5 faiz idi: "Əmək haqqıdakı artım faizi əmək pensiyalarının indeksasiyasında istifadə edilən əsas meyardır. Yəni, əmək pensiyaları gələn ayın əvvəlində 2022-ci ildəki orta aylıq əmək haqqındakı artım faizinə indeksləşdiriləcək. Fevralın əvvəlində ötən il üçün orta aylıq əmək haqqı üzrə illik rəsmi artım faizi elan ediləcək. Bundan sonra indeksasiya ilə bağlı sərəncam imzalanacaq. Sərəncamın fevral ayında imzalanmasına baxmayaraq pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. 2022-ci ilin 11 aylıq yekunları təsdiq edir ki, pensiya məbləğlərində yeni artımlar 15.0 faizə yaxın olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31