Mənzillərin qiyməti artıb

May ayında təkrar mənzil bazarında təklif həcmi əvvəlki ayla müqayisədə 1.2%, orta qiymət isə ötən ayla müqayisədə 0.7% artıb. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən verilən məlumata görə, aparılan araşdırmalar zamanı məlum olub ki, təkrar bazarda mənzillərin qiymət indeksi də qiymətə müvafiq olaraq artıb. May ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ayda olduğu kimi Xətai və Yasamal rayonları olub. Bu rayonların ən vacib cəhəti şəhərə yaxınlığı və qiymətlərin ipoteka şərtlərinə münasibliyidir. Araşdırmalar göstərir ki, söküntü işlərinin başlanmasından sonra bu rayonlara olan maraq da tədricən dərinləşməkdə davam edir. Ümumilikdə ipoteka prosesində əməliyyatların əsas çəkisi də bu rayonların üzərinə düşür. Bu, qiymətlərin ipotekanın normativ tələblərinə uyğunluğu ilə də bağlıdır.  Ümumilikdə may ayında təkrar mənzil bazarında qiymət indeksi aprel ayı ilə müqayisədə 1.2 bənd artaraq 183.3 bəndində qərarlaşıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31