Avtomobillərə tələbat artıb
Qiymətlər isə dəyişmir
28 İyun 2012 17:34 İqtisadiyyatMay ayı ərzində avtomobillərin satış mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında nisbi artım qeydə alınıb. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən verilən məlumata görə, ay ərzində bazarda təklif 2.9% artıb. Təklifin tələbi üstələmə tendensiyası davam edib, ötən aylarla müqayisədə avtomobil bazarında tələbin nisbi artımı müşahidə olunub. Lakin tələbin və dinamikanın artımı qiymətə təsir göstərməyib. May ayı üçün bazarda orta qiymət əvvəlki ayda olduğu kimi qalıb (15 750 ABŞ dolları). Təkrar avtomobil bazarında araşdırma predmeti olan 16000-ə yaxın avtomobilin cəmi 25,1%-i bazara məhz mayda təklif olunub. Uzun illərdir ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saхlayan məşhur alman markası "Mercedes-Benz"in təklif üzrə payında may ayı ilə müqayisədə 1,1% artım müşahidə edilib. Bazarda dinamikanın artımı avtomobillərin ekspozisiya müddətinin bir qədər azalmasına səbəb olub. Ay ərzində təkrar avtomobil bazarında avtomobillərin ekspozisiya müddəti 1.3% azalaraq 43.8 günə enib.