"Bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət hazırlanıb"

İşğaldan azad edilmiş ərazilərimizdəki qızıl, gümüş və mis yataqlarının ehtiyatı açıqlanıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistər üçün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, ""Söyüdlü" qızıl yatağında 112,5 ton resurs olub: "Həmçinin "Vejnəli"də 6,5 ton qızıl, 10,75 ton gümüş, 4 min tona yaxın mis, "Dəmirli" yatağında 457 min ton mis, "Qızıbulaq" yatağında 13,7 ton qızıl olub. Lakin işğalçı rejim tərəfindən istismar edilmiş həcmlər haqqında bu gün konkret rəqəm demək doğru olmaz. Bu rəqəmlər hazırda hesablama mərhələsindədir. İstismarla bağlı dövlətin müvafiq qurumları tərəfindən beynəlxalq təşkilatlara müraciət hazırlanıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31