Bunu çox vacib və ciddi sosial əhəmiyyətli qərar hesab edirəm-İQTİSADÇI - ÖZƏL
13 Yanvar 2023 12:28 İqtisadiyyatHəftə önəmli fərmanlarla bitir. Prezident sosial müavinətləri və Şəhid ailələri üçün Prezident təqaüdünün məbləğini artırdı.
Tələbələrin də təqaüdləri artırıldı. Eyni zamanda müəyən qurumlarda çalışanların əmək haqları da 15% artırıldı. Bunların hamısı gözəldir. Amma ən gözəl olanı yeni doğulan uşağa görə 500 manat müavinətin verilməsidir. Bunu həqiqətən çox vacib və ciddi sosial əhəmiyyətli qərar hesab edirəm.
"OLAYLAR" xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. O bildirib ki, Respublikanın regionlarında ailədə uşaq doğulana yaxın insanlar bəzən sevincdən tam zövq ala bilmirdilər. Buna görə də bəzən ailə körpə sevinci yaşamalı olduğu məqamda valideynlərdən birini fiziki ağri, digərini maddi ağrı sevinməyə qoymurdu:
"Odur ki bu 500 manatlıq müavinət həmin an maddi ağrını neytrallaşdıraraq sevinc yaşamağa imkan verəcək".