Dənizçilərin əmək haqqları artırılacaq

Dənizçilərin əmək haqqlarının artırılması istiqamətində müvafiq işlər görülür. "OLAYLAR"-ın verdiyi xəbərə görə, belə bir açıqlama ilə Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov  çıxış edib. Administasiya rəisi deyib ki, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının üzvüdür və dənizçilərin maaşlarının artırılması istiqamətində işlər yaxın günlərdə başa çatdırılacaq. Qüdrət Qurbanovun sözlərinə görə, dənizçilərin əmək haqqlarının artırılması ilə təcrübəli dənizçilərin müqavilə əsasında digər ölkələrin gəmilərində çalışması problemi aradan qalxmış olacaq. Administrasiya rəisi onu da deyib ki, Xəzər Dəniz Gəmiçiliyi və ARDNŞ-in donanmasının gəmilərində çalışan dənizçilərin maaşları müntəzəm olaraq artır
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31