Büdcədən maliyyələşən hansı təşkilatlarda əməkhaqları artırıldı?
13 Yanvar 2023 11:11 İqtisadiyyatPrezident İlham Əliyevin yeni Sərəncamı ilə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb. Maraqlıdır, həmin təşkilatlar hansılardır? Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən "Olaylar"a bildirilib ki, həmin təşkilatlaraaşağıdakılar aiddir:
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı;
Heydər Əliyev Mərkəzi;
"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi;
Azərbaycanda Atatürk Mərkəzi;
Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;
Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu;
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı;
Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi;
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi;
Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;
Mədəniyyət Nazirliyinin tabeliyində Quba şəhərində "Soyqırımı memorial kompleksi";
Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı;
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;
Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi;
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu;
İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq.