Prezidentin müsahibəsini 2023-cü ilin proqnozları da adlandırmaq olar - ÖZƏL
11 Yanvar 2023 14:06 İqtisadiyyat"Prezidentin iki saat yarımdan artıq davam edən dünənki müsahibəsini 2022-ci ilin siyasi və iqtisadi anlamda yekunları və 2023-cü ilin proqnozları da adlandırmaq olar". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə iqtisadçı Eldəniz Əmirov çıxış edib. O bildirib ki, dövlət başçısının müsahibəsində iqtisadçı kimi diqqətini daha çox cənab Prezidentin açıqladığı statistik məlumatlar cəlb edib: "Əvvələ ona görə ki, adətən bəzi məlumatlar aidiyyatı qurumlar tərəfindən vaxtında açıqlanmadığı üçün burada səsləndirilən bəzi məlumatlar bizim üçün çox əhəmiyyətli idi. İkinci bir diqqəti cəlb edən məqam isə prezidentin 100-dən artıq bu iqtisadi statistikanı hansısa kağıza baxmadan yadında saxlaması və dəqiq ifadə etməsi idi. Düşünürəm ki. bütün iqtisadi prorseslərin mərkəzində dayanmadan bunu əzbərləmək mümkün deyildi".