“Babazənən-III” gilcə yatağının 13 hektar sahəsi istifadəyə verilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir. Xidmətdən "Olaylar-a bildirilib ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərrac 6 yanvar tarixində keçirilib. Hərracda Salyan rayonunda yerləşən "Babazənən-III" gilcə yatağının 13 hektar sahəsi istifadəyə verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31