İqtisadi İnkişaf naziri Lerikdə vətəndaşları qəbul edəcək

Avqustun 2-də İqtisadi İnkişaf naziri Şahin Mustafayev Lerikdə Masallı, Lənkəran, Astara, Yardımlı, Cəlilabad və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Mədəniyyət Evində (Ünvan: Lerik şəhəri, A.Əsədullayev küçəsi, 22) təşkil olunacaqdır.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin pulsuz 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Lənkəran regional bölməsi (Ünvan: Lənkəran şəhəri, T.İsmayılov küçəsi, 3, əlaqələndirici şəxs Çingiz Məmmədov, əlaqə telefonu: (02525) 5-10-71, (050) 235-01-07, elektron poçt ünvanı: [email protected] ) vasitəsilə müraciət edə bilərlər.
Vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet və facebook səhifələrində yaradılmış "İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31