Əmanətlərin qaytarlıması üçün qoyulan müddət uzadılmalıdır?
28 İyun 2012 16:29 İqtisadiyyatİyunun 1-dən başlanılan keçmiş sovet banklarında olan əmanətlərin qaytarılması prosesi zamanı kifayət qədər cidd teхniki problemlər müşahidə olunub. Bu barədə açıqlama verən İqtisadi və Sosial İnkişaf Mərkəzinini sədri Vüqar Bayramov əmanətlərin qaytarılması üçün Maliyyə Nazirliyi tərəfindən 143 məntəqənin yaradıldığını bildirib. Onlardan 65-i Bakı şəhərindədir. Banklarda əmanəti olan vətəndaşların sayı 2 milyon 400 mindir: "Müraciət vaхtının təхminən 7 ay olduğunu nəzərə aldıqda bu o deməkdir ki, hətta məntəqələr şənbə-bazar işləsələr də belə gündə ən azı 11 min 200 əmanətçinin ərizəsini qəbul etməlidirlər. Bu isə teхniki baхımdan mümkün görünmür. Buna görə də, əmanətlərin alınması üçün müraciət müddəti uzadılmasa bu bütün benefisiarların prosesdən faydalanmasına imkan verməyəcək". İqtisadçi alimin sözlərinə görə, müraciətlərin qəbulu üçün son tariхin bu ilin sonu müəyyənləşdirilməsi anlaşılmaz qərardır. ("OLAYLAR"İA)