Azərbaycanda istehsal olunan «Cola»da alkoqol olması istisna edilmir
28 İyun 2012 16:24 İqtisadiyyatFransanın Milli İstehlakçı Təşkilatı tərəfindən dünyada ən çoх satılan içki olan "Cola"nın tərkibində alkoqol aşkarlandığı yayılıb. Təşkilat müsəlman ölkələrinin bu səbəbdən içkiyə qadağa qoya biləcəyini də bəyan edib. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "OLAYLAR"a bildirdi ki, hər bir ölkədə içkinin tərkibinin müхtəlif ola bilmə ehtimalı da var. Ona görə də Fransada içkinin tərkibindən alkoqolun aşakarlanması heç də Azərbaycanda istehlakçıya təqdim olunan Colanın içində alkoqol olduğu anlamına gəlmir. Amma "Coca-cola"nın təribibində alkoqolun olması istisna edilmir: "Hər hansı bir ölkədə, o cümlədən də Azərabycanda "Cola"nın təkrkində alkoqol olub-olmadığı istisna olunmur. İçkinin tərkibinin istehlakçıdan gizlədilməsi onların hüquqlarının pozulması ilə yanaşı, yeyinti məhsulları haqqında qanunun pozulması da deməkdir. Bu isə birmənalı şəkildə cinayət əməlidir". İçkinin tərkibinin müəyyənləşdirilməsi isə ekspertiza yolu ilə mümkündür.