Azərbaycanda nağd ödənişlərin 1000 manatla məhdudlaşdırılması təklif olunur

Azərbaycanda nağd ödənişlərin azaldılması və nağdsız hesablaşmaların stimullaşdırılması məsələsi müzakirə olunur.
"APA-ECONOMICS"in məlumatına görə, bunu "PricewaterhouseCoopers" audit şirkətinin vergi və audit üzrə mütəxəssisi Arif Quliyev bildirib.
A.Quliyevin sözlərinə görə, ilk növbədə nağd ödənişlərin azaldılması istiqamətində müəyyən məhdudiyyətlər təklif olunur. "Məsələn, təklif olunur ki, 1 000 manatdan artıq bütün alınmalar nağdsız keçirilsin, bir şəxsin aylıq nağd alınmalarının məbləği 5 min manatdan artıq olmasın və s.", - deyə audit şirkətinin əsmisi bildirib.
Eyni zamanda bu qaydaları pozanlara qarşı müəyyən cərimələrin tətbiqi də təklif olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31