Nazirlik vergi ödəyicilərinə müraciət etdi
23 İyul 2013 17:47 İqtisadiyyatVergilər Nazirliyi tərəfindən informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsinin genişləndirilməsi, göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin yüksək təhlükəsizlik tələblərinə cavab verən "Asan İmza SİM kartı" üzrə dövlət orqanlarına, hüquqi və fiziki şəxlərə sertifikat xidmətlərinin göstərilməsi ilə bağlı 2013-cü ilin may ayından Vergilər Nazirliyinin müasir tipli Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) yaradılmb, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində akkreditə edilərək fəaliyyətə başlayıb. ASXM-in istismara verilməsi ilə İnternet Vergi İdarəsində hüquqi və fiziki şəxslərin onlayn qeydiyyatı, Pos-terminalların onlayn qeydiyyatı, ƏDV-nin depozit hesabı, elektron vergi hesab-fakturaların göndərilməsi və s. əməliyyatlar üzrə elektron xidmətlərdə Asan İmzanın tətbiqinə başlanmışdır. Vergilər Nazirliyinin İnternet Vergi İdarəsinə daxil olmaq üçün verilən İistifadəçi kodu, Parol, Şifrədən istifadə edərkən ƏDV ödəyiciləri tərəfindən aparılan əməliyyatların imzalanması mümkün olmur ki, bu da müasir beynəlxalq təhlükəsizlik standartlarının tələblərinə cavab vermir. Yüksək təhlükəsizlik tələb edən elektron xidmətlərdən - "Vahid depozit hesabi vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması" və "Elektron vergi hesab-fakturasının qəbulu" elektron xidmətlərdən istifadə zamanı "Asan İmzanın (Mobil İmzanın)" tətbiqinə zərurət yaradır. Nazirlik diqqətə çatdırır ki, elektron xidmətlərdən istifadə 01 sentyabr 2013-cü il tarixdən etibarən yalnız Asan İmza (Mobil İmza) vasitəsi ilə həyata keçiriləcək.