Bu ilin 6 ayında dövlət büdcəsinin mədaxili 9524,8, xərcləri isə 8730,1 mln. manat olub
23 İyul 2013 16:24 İqtisadiyyat2013-cü ilin 6 ayında dövlət büdcəsinin mədaxili 8400,5 mln. manat proqnoza qarşı 9524,8 mln. manat və ya 13,4 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1390,5 mln. manat və ya 17,1 faiz çox olub.
Vergilər Nazirliyi tərəfindən cari ilin 6 ayında mədaxil proqnozuna 107,4 faiz əməl edilmiş, dövlət büdcəsinə 3316,5 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 227,4 mln. manat, ötən ilin eyni dövrü ilə müqayisədə 349,0 mln. manat və ya 14,8 faiz çoxdur. Dövlət Gömrük Komitəsi proqnoza 100,3 faiz əməl edərək büdcəyə 639,9 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz və yaxud 82,7 mln. manat çoxdur.Sair daxilolmalardan nəzərdə tutulan 15,1 mln. manata qarşı büdcəyə 33,7 mln. manat və ya proqnoza nisbətən 2,2 dəfə çox vəsait daxil olub. Dövlət Neft Fondundan dövlət büdcəsinə 5534,7 mln. manat vəsait transfert edilib.2013-cü ilin 6 ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 102,4 faiz və ya 8730,1 mln. manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1620,6 mln. manat və ya 22,8 faiz çox icra olub. İqtisadi təsnifata uyğun olaraq cari ilin 6 ayında dövlət büdcəsi xərclərinin 26,7 faizi və ya 2330,5 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən eyni dövrü ilə müqayisədə 1,3 faiz və ya 30,8 mln. manat çoxdur.