“iPhone” istifadəçiləri daha çox pul xərcləyirlər
22 İyul 2013 20:57 İqtisadiyyatÖdənişsiz tətbiqlər pullu proqramlarla müqayisədə mobil onlayn-kataloqlarda əvvəlki kimi daha çox tələbatlıdır. 350 min tətbiq haqqında informasiya toplamış "Flurry" şirkətinin analitiklərinin məlumatlarına əsasən, "iPhone" istifadəçiləri "Android" platformasına üstünlük vermiş opponentlərlə müqayisədə proqram təminatına daha çox pul xərcləyirlər. "ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, onların hesablamalarına görə, "App Store" onlayn kataloqunda "iPhone" üçün yüklənilən hər tətbiq "Apple" şirkətinin büdcəsinə 19 sent gəlir gətirir.
"Android" smartfon istifadəçiləri tətbiqlərə daha az (6 sent) pul xərcləyirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31