“Erməni lobbisi Ermənistana maddi yardımlarını dayandırıb”

Vüqar Bayramov: “Ermənistan iqtisadiyyatındakı mövcud vəziyyət onu göstərir ki, yaxın gələcəkdə ölkə iqtisadiyyatının inkişaf meyilləri olduqca məhduddur”

Ermənistan prezidenti Serj Sərkisyan vətəndaşların kütləvi şəkildə ölkədən getməsi ilə bağlı xəbərlərin əsaslı olduğunu etiraf edib. S.Sərkisyan bildirib ki, xarici ölkələrdə yaxşı iş və şərait axtarışı ilə bağlı problem cəmiyyət tərəfindən çox ağrılı qarşılanır. Bunun əsas səbəbi isə ölkəmizdəki hazırkı sosial və iqtisadi vəziyyətdir", - deyə o vurğulayıb. Prezident daha sonra vəd edib ki, bu köç uzunmüddətli olmayacaq. Məsələyə münasibət bildirən iqtisadçı Vüqar Bayramov hesab edir ki, Ermənistan MDB-nin ən zəif inkişaf edən ölkəsidir, dövlətin praktiki olaraq makroiqtisadi göstəriciləri olduqca aşağıdır. Sosial və iqtisadi ağırlıqlara görə ölkəni tərk edənlər gələnlərdən qat-qat azdır. V.Bayramov qeyd etdi ki, 2012-ci ilin göstəricilərinə görə adambaşına düşən ümumidaxili məhsul 3 min dollardır. Ermənistanda qeyri-bərabərlik əmsalı 30%-dən çoxdur. Bu isə təbii sərvətlərin və maddi təminatın ölkə vətəndaşları arasında qeyri-bərabər şəkildə bölüşdürülməsindən xəbər verir: "Dövlətin xarici borcu 6.4 milyard dollardır. Bu ölkənin ümumidaxili məhsulun 60%-i deməkdir. Xarici borcu Ermənistanın ümumidaxili məhsuluna nəzərən kritik həddi keçib. Praktiki olaraq mövcud vəziyyət Ermənistan iqtisadiyyatının çökməsindən xəbər verir. Dünya Bankının hesablamalarına görə əhalinin 40%-i yoxsulluq vəziyyətində yaşayır. Bu o deməkdir ki, Ermənistanda hər 10 nəfərdən 4-ü yoxsuldur. 4 nəfərin isə aylıq gəliri 60 dollardan aşağıdır. Sərkisyanın bu açıqlaması isə daha çox siyasi xarakterə sahibdir. Ermənistan iqtisadiyyatındakı mövcud vəziyyət onu göstərir ki, yaxın gələcəkdə ölkə iqtisadiyyatının inkişaf meyilləri olduqca məhduddur. Çünki, iqtisadiyyatının inkişafı üçün Ermənistanın heç bir imkanı yoxdur. Erməni lobbisi də ölkənin inkişafı üçün göndərdiyi maddi vəsaitləri kəsib. Lobbi yalnız ölkədə humanitar sahələrin inkişafı üçün maddi yardımlar ayırır. Erməni lobbisini Ermənistan iqtisadiyyatının inkişaf etməsində maraqlı deyil. Həmin təşkilatlar fikirləşirlər ki, Ermənistanın inkişafı lobbinin erməni dövlətinə təsir mexanizmlərini azalda bilər. Ona görə də Sərkisyanın açıqlamasının heç bir məntiqi yoxdur". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31