İranın 6 neft zavodu internetdən ayırıb

İranın Neft Nazirliyi aprelin 23-də edilmiş haker hücumuna görə 6 neft emal edən zavodunu internetdən ayırıb. Bununla əlaqədar nazirlikdə böhran komitəsinin yaradılması haqqında müzakirələr aparılıb. Yeni komitənin vəzifəsi vəziyyəti araşdırmaq olacaq, çünki haker hücumları hələ ki azalmır. İran "Fars" xəbər agentliyinə Neft Nazirliyinin mətbuat katibi Alireza Nikzad məlumat verib. O bildirib ki, haker hücumu uğurlu olmayıb. "Bu kiberhücum nazirlik və Milli İran neft şirkətinin əsas məlumatlarına ziyan vurmayıb" - Nikzad bildirib. Nazirlikdən bildirib ki, hazırda 6 zavod qlobal şəbəkədən ayrılıb, lakin onların daxili "İT" resursları normal işləyir. Eyni zamanda nazirlikdən qeyd edilib ki, aprelin 23-də edilmiş haker hücumu son 2 il ərzində ən güclü hücum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31