Yükdaşıma ucuzlaşıb, sərnişindaşıma isə bahalaşıb

2013-cü ilin iyun ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 0,1 faiz bahalaşıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə,  

dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 4,8 faiz, tranzit üzrə 1,0 faiz bahalaşıb, yerli əlaqə üzrə 2,1 faiz, ixrac üzrə isə 1,9 faiz ucuzlaşıb. Beynəlxalq əlaqə üzrə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 10,3 faiz bahalaşıb. Hava nəqliyyatında digər xarici ölkələrə sərnişindaşıma tarifləri 0,8 faiz bahalaşıb, MDB ölkələrinə isə 1,6 faiz ucuzlaşıb. Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,8 faiz bahalaşıb,

avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri beynəlxalq əlaqə üzrə 7,5 faiz, yerli əlaqə üzrə isə 7,4 faiz ucuzlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31