Pomior, xiyar ucuzlaşıb, ət bahalaşıb

İyun ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,0 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 3,5 faiz ucuzlaşmış, çoxillik bitkilərin istehsalçı qiymətləri 0,4 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,8 faiz bahalaşıb. Statistika Komitəsindən "OLAYLAR"a verilən məlumata görə,  birillik bitkilərdən kələmin istehsalçı qiymətləri 0,5, göyərtilərin istehsalçı qiymətləri 0,3 faiz bahalaşıb, buğdanın istehsalçı qiymətləri 1,2, arpanın 6,4, kartofun 0,2, pomidorun 1,2, xiyarın 62,3 faiz, baş soğanın 0,4 faiz ucuzlaşıb.

Çoxillik bitkilərdən alçanın istehsalçı qiymətləri 4,2, çiyələyin 6,9, fındığın istehsalçı qiymətləri 11,7 faiz ucuzlaşıb, almanın istehsalçı qiymətləri 3,5, limonun 5,4, qozun istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşıb.  Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 0,6, qoyun ətinin (diri çəkidə) 0,6, mal ətinin (diri çəkidə) 2,0 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri 10,3 faiz bahalaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31