Bank aktivləri artıb

"AtaBank" ASC-nin 2013-cü ilin iyun ayının maliyyə təsərrüfat fəaliyyətinin nəticələri uğurlu olub. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, keçən ilin iyun ayı ilə müqayisədə aktivlər 28.9 faiz və ya 68.1 miltyon manat artaraq 303.5 milyon manat təşkil edib. Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də nəzərə çarpacaq dərəcədə artım olmuşdur. Ümumi kredit portfeli 32.3 faiz və ya 53.3 milyon. manat artaraq, 218.4 milyon. manat səviyyəsinə çatıb. Hesabat tarixinə bankın depozit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, bu göstərici 29.1 faiz və ya 57.2 milyon. manat artaraq, 254.0 milyon. manat təşkil edib. 2012-ci ilin iyun ayı ilə müqayisədə nizamnamə kapitalı 11.9 faiz və ya 2.9 milyon. manat artaraq 27.9 milyon. manat olub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31