Prezident Göyçayda 6 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 2,2 milyon manat ayırdı
17 İyul 2013 19:50 İqtisadiyyatPrezident İlham Əliyev Göyçay rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
"Azadinform" xəbər verir ki, sənəddə qeyd olunur ki, yeddi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Cəyirli-Qızılağac-Yenikənd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 2,2 milyon (iki milyon iki yüz min) manatı Göyçay Rayon İcra Hakimiyyətinə ayrılsın.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31