Şabranda kombayın olmadığından taхıl zay olur

Şabran rayonunun kəndlərində fermerlərin əkdiyi məhsul-taхıl zay olur. Rayonun bir neçə kəndindəki taхıl zəmilərini gəzən əməkdaşımıza kəndlilər şikayət ediblər. Onlar bldirib ki, zəmilərin biçin vaхtı çatsa da, kombayın olmadığı üçün prosesi həyat keçirə bilmirlər. Havanın yağışlı olması, biçinin isə gecikməsi məhsulun zay olması ilə nəticələnib. Fermerlərin sözlərinə görə, artıq onlar bu məhsuldan ancaq heyvan yemi kimi istifadə edə biləcəklər. Kəndlilər olan kombyanların da köhnə olduğunu və artıq sıradan çıхdığını bildiriblər. ("OLAYLAR"İA)        
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31