Azərbaycanda heyvanların qeydiyyatı aparılacaq

Sabah Azərbaycanda heyvanların  identifikasiyası və qeydiyyatı sistemi konsepsiyasının təqdimatı olacaq. Dövlət Baytarlıq Xidmətinin mətbuat rəhbəri Yolçu Xanvəli "OLAYLAR"a bildirib ki, layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilib. Tivininq layihəsi çərçivəsində Polşa və İspaniya ekspertləri tərəfindən hazırlanıb. İdentifikasiya və qeydiyyat baş tutduqdan sonra heyvanların  peyvəndən yayınması hallarının qarşısı alınacaq. Proses heyvan oğurluğu da daхil olmaqla bir çoх problemlərin həllində mühüm rol oynayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31