Qızılın qiyməti aşağı enəcək
Son aylar ucuzlaşan qızılın 500 dollar da ucuz satılacağı proqnoz edilir
16 İyul 2013 18:33 İqtisadiyyat"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Duke Universitetinin müəllimi, ekspert Campell Harvey bir unsuyası 1,294 dollar dəyərində olan qızılın 500 dollar ucuzlaşması nəticəsində qiymətinin 800 dollara düşəcəyini proqnoz edib. Ekspert qızılın 2500 illik keçmiş tarixinə nəzər salaraq qiymətlərdə baş verən bu dəyişikliklərin normal olduğunu vurğulayaraq bunu dünyanın mövcud iqtisadi durumu ilə əlaqələndirib: "Yaxın günlərdə qızılın qiymətinin aşağı düşməsi onun bir daha baha qiymətə satılmayacağı anlamı daşımamalıdır. Bütün bunlar dünyanın iqtisadi durumu ilə əlaqəlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31