İstehlakçıların elektrik şəbəkələrinə qoşulması asanlaşdırılır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib. "Olaylar" xəbər verir ki, komitə sədri Sadiq Qurbanov gündəliyə üç məsələnin daxil edildiyini bildirib. Sadiq Qurbanov, əvvəlcə, birinci oxunuşda olan "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, qanun layihəsi tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi və istehlakçıların elektrik şəbəkələrinə qoşulmasının asanlaşdırılması məqsədilə hazırlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31