Azərbaycanda suların təhlükəsizliyi izlənilmir

Azərbaycanda suların təhlükəsizliyi izlənilmir. Bu barədə "OLAYLAR"a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov danışdı: "Bu yaхınlarda iştirak etdiyim  Dünya Su Konqresində bir çoх məsələləri öyrəndim. Misal üçün, Ceyranbatan gölü kimi yerlərdə biotestlər aparılmalıdır. Başqa ölkələrdə sularda yüzillərlə yaşayan heyvanlara elektrodlar birləşdirilir və suda bir problem olan kimi həmin heyvanlar o dəqiqə reaksiya verir. Mərkəzi kompüter bazasında heyvanın ürək döyüntüləri qeyd olunur. O dəqiqə alimlər suya nə qarışdığını araşdırmağa başlayırlar. Cürbəcür molyuskalar, qurdlar, suda yaşayan heyvanlarla bu cür biotestlər aparılır". Azərbaycanda isə bu üsulların heç birinin mövcud olmadığını bildirən AİB sədri su mənbələrinin çirkləndirildiyini və bu məsələdə özündə də günah gördüyünü bildirdi: "Mən də pis işləyirəm. Həddən artıq pis işləyirəm. Hər cür su, həm krantlar həm də başqa vasitələrlə istehlakçılara təqdim olunur".   
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31