Xarici dövlət borcunun həcmi UDM-ə nisbətən 10 faiz təşkil edir - ÖZƏL

Azərbaycanın xarixici dövlət borcunun həcmi UDM-ə nisbətən 10 faiz təşkil edir. "Olaylar" xəbər verir ki, bu barədə hökumət mənbələrindən məlumat verilib. Qeyd edək ki, bu il iyulun 1-nə Azərbaycanın birbaşa xarici dövlət borcu 7 milyard 167,1 milyon  dollar, birbaşa daxili dövlət borcu isə 2 milyard 789,7 milyon manat təşkil edib. Hesablama Palatasının "2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik xülasəsi"nə əsasən, 6 ayda birbaşa xarici dövlət borcu 226,3 milyon  dollar və ya 3,1 % azalıb, birbaşa daxili dövlət borcu 282,6 milyon manat və ya 11,3 % artıb. Beləliklə, Azərbaycan cxarici borcu daxili borcla əvəzləyir və bu da ölkəyə mühüm üstünlüklır qazandırırı, onun xarici iqtisadi asılılığını aradan qaldırır. Bu il iyulun 1-nə ümumi dövlət borcu ÜDM-in 14,7 %-ni, o cümlədən xarici dövlət borcu ÜDM-in 11,7 %-ni, daxili dövlət borcu isə ÜDM-in 3 %-ni təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31