ADY rəhbərliyi Dünya Bankının nümayəndə heyəti ilə görüşüb - FOTO
8 Dekabr 2022 18:36 İqtisadiyyatBu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"OLAYLAR" xəbər verir ki, səmərəli əməkdaşlığa görə Dünya Bankının rəhbərliyinə təşəkkürünü bildirən sədr R.Rüstəmov qonaqları qurumun 2023-cü il üzrə fəaliyyət planının əsas istiqamətləri haqqında məlumatlandırıb.
Görüşdə son illərdə Azərbaycanın iri tranzit və logistika mərkəzinə çevrilməsi, dəmir yolunun modernləşdirilməsi, yeni regional nəqliyyat layihələri, o cümlədən "Orta Dəhliz"lə bağlı geniş fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31