Bu il inşaat işlərinə 5,8 milyard manat xərclənib

Cari ilin beş ayı ərzində ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5.8 milyard manat məbləğində vəsait yönəldilib, nəticədə 3.7 milyard manat məbləğində tikinti-quraşdırma işləri görülüb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, investisiya qoyuluşu 2012-ci ilin müvafiq dövrünə nisbətən 27.4 faiz, tikinti-quraşdırma işlərinə sərf olunmuş vəsaitin həcmi 42.5 faiz artıb. Əsas kapitala yönəldilmiş vəsaitin 4.2 milyard manatını və ya 73.4 faizini daxili investisyalar təşkil etmiş və ötən ilki səviyyədən 22.3 faiz, xarici investisiya 44.1 faiz yüksək olub.
Yanvar-may aylarında ümumi sahəsi 664.4 min kv.metr yaşayış evləri, 2818 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 130 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisəsi, 457 yerlik məktəbəqədər təhsil müəssisələri, 724 yerlik klub tikilərək istifadəyə verilib. Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 7019.0 milyon manat vəsaitin 2474.7 milyon manatından istifadə olunub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31