5 ayda kənd təsərrüfatı məhsulu 5,2 faiz artıb

Artıq ölkədə yaz-tarla işləri başa çarmaq üzrədir. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a verilın məlumata görə, iyun ayının 1-nə kimi 349.6 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb, 30.6 min hektar sahədə dənli və dənli paxlalılar, 36.2 min hektar sahədə dən üçün qarğıdalı, 64.6 min hektar sahədə kartof, 74.5 min hektar sahədə tərəvəz, 23.0 min hektar sahədə pambıq, 27.8 min hektar sahədə bostan bitkiləri, 5.0 min hektar sahədə şəkər çuğunduru, 8.9 min hektar sahədə dən üçün günəbaxan, 1206 hektar sahədə tütün əkilib. Yaz-tarla işlərinin aparılması ilə yanaşı kənd əməkçiləri yetişdirdikləri məhsulları toplamağa başlayıblar. İyun ayının 1-nə kimi tarlalardan 57.1 min ton dənli və dənli paxlalılar, 53.5 min ton kartof, 76.8 min ton tərəvəz, 7.9 min ton meyvə və giləmeyvə, 254.5 ton yaşıl çay yarpağı toplanıb.
İlin əvvəlindən keçən vaxt ərzində 178.1 min ton diri çəkidə ət, 741.1 min ton süd, 566.8 milyon ədəd yumurta, 13.1 min ton yun istehsal olunmuş, 2012-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2.8 faiz, süd istehsalı 5.9 faiz, yumurta istehsalı 14.5 faiz, yun istehsalı 3.4 faiz artıb. Beləliklə beş ay ərzində ötən illə müqayisədə 5.2 faiz çox kənd təsərrüfatı məhsulları istehsal olunub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31