Yeni minilliyin yeni iqtisadi modeli

Peşəkar idarəetmə və davranış iqtisadiyyatı, iqtisadiyyatın diverfikasiyası 

"Bizim əsas hədəfimiz qara qızılı, insan qızılına çevirmək, peşəkar kadrlar yetişdirməkdir."

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Sitat: "davranış iqtisadiyyatının təməli, iqtisadiyyatın effektiv idarəolunmasında lokomotiv rol oynayan əsas meyyar yüksək hazırlıqlı peşəkar və təcrübəli kadrlardır.", Ekspert şərhi

Davranış iqtisadiyyatı nədir?

Davranış iqtisadiyyatı, psixoloji, idraki, emosional, mədəni və sosyal faktorların insanların və qurumların qərar verməsi üzərindəki təsirlərini və bunun klassik nəzəriyyənin qurduğu sistemdən nə qədər fərqliləşdiyini öyrənən iqtisadiyyatın yeni alt sahəsidir.

Davranış iqtisadiyyatı dedikdə, həmçinin, işin görülməsi, xidmətin göstərilməsi və malın göndərilməsi vəs. ilə müşaiət olunan istehsal, emal proseslərinin səmərəlilik göstəricilərinin artırılmasına yönələn, özündə peşəkar idarəetmə, mədəni- mənəvi, bəlli psixoloji duyğusal davranış qaydaları sərgiləyən iqtisadiyyatın yeni bir yanaşma modelidir. Davranış iqtisadiyyatı idarəetmədə iqtisadi məsələlərin effektiv təşkilini peşəkar davranış amilləri ilə yaxından əlaqələndirir. Burada əsas hədəf, yuxarıda seçilmiş əsas iqtisadi meyyarlarla səmərəli iqtisadi idarəetməyə nail olmaq, effektiv idarəetmədə arzu olunmayan maliyyə - iqtisadi itkilərinin qarşısının alınmasına yönəlmiş "smart terapeya"nı həyata keçirməkdır.

Digər tərəfdən də davranış iqtisadiyyatı, intellektual platformalarda ağıllı xidmət çeşitləri ilə yeni çağın yeni innovativ tələb və təklifidir. İqtisadiyyatın şaxələndirilməsində "ağıllı" intellektual xidmətlərin yayılmasında peşəkar idarəetmə yanaşmalarını özündə ehtiva edir. Burada ixtisaslaşmış "smart" kombinasiyalar sərgilənir, istehlakçılara üsullu şəkildə peşəkar çatdırılma bacarığı, vərdiş və davranışlar aşılanır. İqtisadiyyatın diverfikasiyası davranış iqtisadiyyatı ənənələrini geniş təbliğ edur. Peşəkar davranış şəkilini, o cümlədən peşəkar idarəetməni motivə  edir.

Yekun olaraq əsas məqsəd:

"İqtisadiyyatın effektiv idarəeolunmasında insan faktorunun rolunu önə çəkmək, maksimum səmərə ilə mininum itkiyə nail olmaq və effektiv idarəetmənin əsas meyyarı olan peşəkarlığı bir daha aktual məsələyə çevirməkdir.

Bununla da təbii ki, birmənalı olaraq: İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.

Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31