Yükdaşımaların həcmi artıb

Cari ildə nəqliyyat kompleksinin əməkçiləri tərəfindən beş ay ərzində daşınmış yüklərin həcmi ötən illə müqayisədə 2.2 faiz artaraq 85.5 milyon tona çatıb. Bu barədə Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə,  hesabat dövründə daşınmış sərnişinlərin sayı  7.7 faiz artaraq 670.8 milyon nəfərə bərabər olub. Rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara 587.0 milyon manatlıq, yaxud 2012-ci ilin müvafiq dövründəkindən 7.9 faiz çox rabitə xidməti göstəriblər.  Xidmətlərin 72.1 faizi bilavasitə əhaliyə göstərilmiş və 7.0 faiz artıb.
İlin əvvəlindən ötən vaxt ərzində istehlak və xidmət bazarlarında əhaliyə 9.8 milyard manatlıq istehlak malları satılıb və pullu xidmət göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31