Ərzaq məhsulları ucuzlaşıb, qeyri-ərzaq malları bahalaşıb

2013-cü ilin may ayında əvvəlki ayla müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0.9 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri 0.1 faiz bahalaşıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, yanvar-may ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 1.7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.4 faiz bahalaşıb. Həmçinin qeyri-ərzaq mallarının qiymətləri 0.5 faiz, xidmət tarifləri 3.3 faiz yüksəlib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31