İxrac idxalı üstələyib

Azərbaycan cari ilin yanvar-aprel aylarında 132 xarici ölkə ilə 11.6 mılyard dollar məbləğində ticarət əməliyyatları həyata keçirib. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumata əsasən ticarət əlaqələrinin 11.2 faizi, yaxud 1.3 milyard dollarlığı MDB üzvü dövlətləri ilə, 88.8 faizi və ya 10.3 milyard dollarlığı digər ölkələrlə aparılıb. Dörd ay ərzində 8.4 milyard dollarlıq məhsul ixrac olunub ki, onun 490.0 milyon dollarlığı MDB üzvü dövlətlərinə göndərilib, 94.2 faizi və ya 7.9 milyard dollarlığı isə digər xarici ölkələrin alıcılarının payına düşüb. Bu dövrdə ölkəmizə idxal edilmiş məhsulların həcmi 3.2 milyard dollar təşkil edib. Beləliklə, dörd ay ərzində ölkəmizdən ixrac olunmuş malların həcmi ölkəyə gətirilmiş malların dəyərindən 5.2 milyard dollar çox olub və bir o qədər müsbət saldo yaranıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31