4 ayda dövlət büdcəsinə 6.7 milyard manat vəsait daxil olub
16 İyul 2013 12:48 İqtisadiyyat2013-cü ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 6.7 milyard manat vəsait daxil olub, büdcədən 6.2 milyard manat vəsait xərclənib və 410.4 milyon manat məbləğində və ya ümumi daxili məhsulun 2.4 faizi qədər profisit yaranıb. Bu barədə Maliyyə Nazirliyindən "Olaylar"a daxil olmuş məlumata görə, büdcə xərclərinin 2.8 milyard manatı və ya 45.6 faizi iqtisadiyyatın inkişafına, 629.5 milyon manatı sosial müdafiə və sosial təminata, 493.6 milyon manatı təhsilə və səhiyyəyə yönəldilib. Əmək haqlarının, təqaüd və müavinətlərin ödənilməsinə büdcə xərclərinin 17.6 faizi və ya 1.1 milyard manatı sərf olunub. Maliyyə-kredit təşkilatlarının təqdim etdikləri kreditlərin məbləği may ayının 1-nə 13.5 milyard manata çataraq ötən illə müqayisədə 29.2 faiz artıb. Verilmiş kreditlərin 10.0 milyard manatı uzunmüddətli olub, 754.7 milyon manatının ödəmə vaxtı keçib.