Ticarət dövriyyəsi 0,16 faiz azalıb
15 İyul 2013 16:15 İqtisadiyyat2013-cü ilin altı ayı ərzində Azərbaycan 17 mlrd. 144 mln. 522 min dollar həcmində ticarət əməliyyatı həyata keçirib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 0,16% azalıb. Ticarət dövriyyəsinin 5 mlrd. 174 mln. 468 min dolları idxal, 11 mlrd. 970 mln. 54 min dollları ixrac əməliyyatları üzrə olub. İdxal ötən ilin müvafiq dövrünə nisbətən 16,01 % artıb, ixrac isə əksinə 5,83 % azalıb. İdxalın 3 mlrd. 304 mln. 874 min dolları özəl, 1 mlrd. 602 mln. 555 min dollar isə dövlət sektorunun payına düşüb. İxracda isə əsas yeri 11 mlrd. 253 mln. 289 min dollar olmaqla dövlət sektoru tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31