Altı ayda ölkəyə 48 min avtomobil gətirilib

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin  böyük əksəriyyəti, daha dəqiq 43 min 186 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri olub. Qalan 3 min 708 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 499 ədədi xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri, 497 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri olub. Qeyd edək ki, 2012-ci ildə ölkəyə ümumilikdə 1 mlrd. 119 mln. 546 min dollar həcmində 101 min 255 avtomobil idxal olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31