Ehtiyac meyarı 46 manat artırılır
18 Noyabr 2022 11:32 İqtisadiyyatMilli Məclisdə "Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, qanun layihəsi birinci oxunuşda qəbul olunub. Layihəyə görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq ediləcək. Bu da cari illdəkindən 46 manat çoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31