Keçən ay xam neft hasilatı 547,2 min barrel olub
17 Noyabr 2022 12:56 İqtisadiyyat2022-ci ilin oktyabr ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 663,8 min barrel olub.
"OLAYLAR"-a Energetika Nazirliyindən verilən məlumata görə, hasil olunan neftin 547,2 min barrelini xam neft, 116,6 min barrelini isə kondensat təşkil edib.
Qeyd edək ki, "OPEC plus" ölkələri nazirlərinin 32-ci iclasında qəbul edilmiş qərara əsasən, oktyabrda Azərbaycanda gündəlik 717 min barrel xam neft hasilatı nəzərdə tutulurdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31