Texnologiya nəhəngləri böhranla üz-üzə: Xərcləri azaltmaq məqsədilə Amazon işçiləri işdən çıxarır - ÖZƏL

Texnologiya nəhəngi "Amazon" iş yerlərinin ixtisarlaşmasını planlaşdırdığı üçün işçilərin bir hissəsini işdən azad etmişdir. Şirkət, bundan sonrakı günlər ərzində də işdən çıxarma proseslərinin davam edəcəyini söyləmişdir.

Olaylar.az xəbər verir ki, "LinkedIn" platformasında onlarla işçi yaşanan hal ilə bağlı öz məyusluqlarını ifadə etmiş və yeni iş axtarışlarına çıxacaqlarını bildiriblər.

Bu həftə şirkətin 10,000 işçisini və ya ofis işçilərinin təxminən 3%-ni ixtisar etməyi planlaşdırdığı bildirildi.

İqtisadi tənəzzüllə bağlı artan narahatlıqlar və firmaların passivləşmiş satışları fonunda texnologiya sənayesində minlərlə iş yerləri ixtisarlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31