Neft sektorunda büdcə gəlirləri artıb - Nazir

"Neft sektorundan büdcə gəlirlərinin artmasının əsas səbəbi "Şahdəniz" yatağından hasil edilən təbii qazın ixracı üzrə mənfəət vergisinin təxminən 700 milyon manat çox, yəni 2 milyard 875 milyon manat planlaşdırılması olub Ümumiyyətlə, ölkəmizin qaz ixracının həcm və coğrafiya olaraq genişlənməsi, bundan dövət büdcəsinin, demək həm də, vətəndaşların faydalanması ölkə prezidentinin geo-iqtisadi siyasətinin bəhrəsinin bariz nümunəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib. Qeyd edib ki, Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərdən gələn gəlirlərin 2022-ci ilə nisbətən 3 dəfə çox, yəni 321,2 milyon manat planlaşdırılmasını təqdirə layiq hal hesab etmək yanaşı, bu müəssisələrdə səmərəliliyin və xərclərə nəzarətin artırılması üçün davamlı işlərin görülməsinin də vacibliyini qeyd etmək istərdik. Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertin 235 milyon manat azaldılmasını və növbəti 3 ildə də orta hesabla o qədər azaldılmasının hədəflənməsini məqbul hesab edir və bunun dövlət başçısının imzaladığı fərmanlaverdiyi göstərişlərə, Büdcə qaydasının hədəflərinə və sosial-iqtisadi strategiyanın hədəflərinə uyğun gəldiyini hesab edirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31