Gələn il büdcə gəlirləri proqnozdan çox olacaq - Komitə sədri

"Azərbaycanda dövlət büdcəsi gəlirlərinin bu ilin yanvar-oktyabr ayları üzrə icra göstəriciləri gələn ilin büdcə gəlirlərinin planlaşdırıldığından daha çox olacağını deməyə əsas verir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib: "Təqdim edilmiş layihədə 2023-cü il üçün büdcə gəlirləri 2022-ci illə müqayisədə 1 milyard 522,9 milyon manat çox - 30 milyard 720,7 milyon manat nəzərdə tutulub. Artımın təqribən yarısı qeyri-neft-qaz sektorunun, yarısı isə neft-qaz sektorunun payına düşür. Vergi və gömrük orqanlarının vastitəsilə təmin olunan gəlirlərin 1 milyard 807 milyon manat artıq planlaşdırılmasını məqbul hesab edir, buna ölkədə gedən biznes mühitinin şəffaflaşması, dövlət-sahibkar arasında etimad mühitinin artması, həmçinin, inflyasiyanın və idxalın artmasının zəmin yaradacağını da qeyd edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31