Azərbaycana 4 ayda 9,2 milyon dollar humanitar yardım edilib
27 İyun 2012 11:38 İqtisadiyyatCari ilin dörd ayı ərzində ölkəmizə 9.2 milyon dollar həcmində humanitar və texniki yardım daxil olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 2012-ci ilin yanvar-aprel aylarında xarici ölkələrlə 11.3 milyard ABŞ dolları məbləğində əmtəə mübadiləsi aparılıb. Onun 10.2 milyard dolları və ya 90.4 faizi uzaq xarici dövlətlərin, 1.1 milyard dolları MDB üzvü ölkələrinin payına düşyb. Məlumatda o da bildirilir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi müqayisəli qiymətlərlə 5.8 faiz azalıb, o cümlədən uzaq xarici ölkələrlə 3.3 faiz artıb, MDB üzvü dövlətləri ilə isə 32.4 faiz azalıb. Bu dövrdə ölkəmizdən 8.4 milyard dollar məbləğində və yaxud keçən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 9.1 faiz az mal göndərilib.