Elektron idarəetmə və “ağıllı” effektiv layihələr: “Ağıllı” texnologiyalar, “Ağıllı” kənd" , “Ağıllı” konsept və “Asan” həllər…
11 Noyabr 2022 19:49 İqtisadiyyatGələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaqdır.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
"İcra strukturlarının fəaliyyətlərinə dövlətin elektron nəzarəti" ilə əlaqədar Ölkə Prezidentin son sərəncamından göründüyü kimi effektiv idarəetmədə mütərəqqi metodların tədbiqi, onun prinsip və tezisləri günün aktual mövzusudur.
Bu sərəncamdan irəli gələn məsələlərin həlli, dövlət ilə icra strukturları və həmçinin, vətəndaş cəmiyyətləri arasında elektron əlaqələr sisteminin təkmilləşdirilməsinə və onların fəaliyyətlərinin səmərəli təşkilinə xidmət edəcəkdir.

Bununla da, idarəetmədə olan nöqsanlar, yarıtmamazlıqlar, vətəndaş süründürməçiliyi, o cümlədən korrupsiya elementləri (şikayətlərin sayı, mənşəyi, baxılması vəs.) elektron nəzarət sistemi ilə monitorinq olunaraq obyektiv qərarlar qəbul olunacaq, elektrpn effektiv idarəetmədə dövlətlə icra strukturları arasında elektron nəzarətin rolu, o cümlədən elektron idarəçilik ənənələrini daha da inkişaf etdirəcəkdir.
Bu konteksdə ölkəmizdə, o cümlədən işğaldan azad olunmuş ərazi və məkanlarda uğurla həyata keçirilməkdə olan "ağıllı" kənd və "ağıll" həllər, bu gün də öz aktuallığı ilə gündəm mövzusudur. Odur ki, haqlı olaraq ortaya sual çıxır: "ağılı" kənd ("smart village") konsept"i nədir?
Rəqəmsal senarilər smart idarəetmə ilə intellektual potensialı yeni çağın əsas trendinə də çevirəbilmişdir. Bununla da rəqəmsal sferada yeni şərtlərlə "smart" tələb və təkliflər formalaşdırılaraq aktual gündəmə dönüşdü.

Bu layihələrin tədbiqində əsas məqsəd, "ağıllı" texnoloji həllərlə İnternet platformaları üzərindən seçilmiş coğrafi məkanların relyef, landşaft və digər coğrafi xüsusiyyətləri də nəzərə alınmaqla "ağıllı" konseptə söykənərək "asan" və "elektron" effektiv aqrar xidmətlərin təşkilinə nail olmaqdır. Həmçinin, bu sektorda, elektron aqrar xidmətlərin həm "asan" üsuli-idarəsi, həm də mütərəqqi metod və "ağıllı" alət və instrumentlərlə intellektual idatəetmə mexanizmləri ilə prinsiplərini həyata keçirmək əsas hədəflərə hesablanmışdır.

Bununla da bu sferada avtomatlaşdırılmış kənd təsərrüfatı maşın və mexanizmlərinin geniş tədbiqi geniş vüsət alacaq, o cümlədən yaşıl alternativ enerji mənbələri, əkin, biçin və torpaq sahələrinin suvarılması rasionllaşdırılacaq, həmçinin, səmərəli heyvandadlıq sahəsində də məhsuldarlığı artırmış olacaqdır. Bu gedişlə də: "ağıllı" kənd və məkan layihə və həlləri yaxın gələcəyin qaçılmaz yeni trendinə çevriləcəkdir.
Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert

