Deputat ezamiyyə xərclərinin artırılmasını təklif edib
11 Noyabr 2022 12:47 İqtisadiyyat"Deputatların ezamiyyə xərclərinə ayrılan vəsait azdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. Komitə sədri ezamiyyə xərclərinə ayrılan vəsaitin artırılmasını təklif edib: "Bu gün Milli Məclisin deputatları xarici ölkələrdə Azərbaycan həqiqətlərini çatdırırlar. Ona görə də əlavə maliyyə ayrılmalıdır. Biz xaricdə Ermənistan nümayəndələrinə qarşı Azərbaycanın haqq səsindən çıxış edirik. Hazırda da deputatlarımız səfərdədir. Ayrılan vəsait deputatların ezamiyyə xərcləri üçün kifayət etmir. Ümid edirik ki, məsələyə baxılacaq, dövlət büdcəsinin maliyyə ayrılacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31