Ərzaq təminatı üçün nəzərdə tutulan vəsait artırılıb

Gələn ilin dövlət büdcəsində ərzaq təminatı üçün 1 milyard 200 milyon manat nəzərdə tutulub. "Olaylar" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib: "Dünyada baş verən ərzaq böhranı ilə bərabər ölkəmizdə də ərzaq təminatının artırılması üçün işlər görülür. O səbəbdən gələn ilin büdcəsində bu məsələ əsas götürülür. Gələn ilin dövlət büdcəsində cari illə müqayisədə bu sahəyə ayrılan vəsait artırılıb", - deyə nazir vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31